Rusiya erməniləri ifşa etdi, qadağa qoyuldu - ARXİV SƏNƏD AÇILDI

Rusiya erməniləri ifşa etdi, qadağa qoyuldu - ARXİV SƏNƏD AÇILDI

İrəvandakı arxiv sənədləri Njdenin faşistlərlə işbirliyini təsdiq edən arxiv materialları açıqlanıb.

Ermənistanda faşist Qaregin Njdenin fanatları, vəkilləri və ardıcılları onun milli qəhrəman olmasını sübut etməyə çalışırlar. Lakin onlar;n bütün cəhdləri boşa çıxır. Yanvarın 28-də Rusiya Erməniləri İttifaqı Moskvada Njde haqqında filmin nümayişini təşkil etmək niyyətində olsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları onun nümayişini dayandırıblar. Bundan sonra Rusiya mediası Njdenin faşistlərlə əlbir olması barədə ciddi materiallar dərc etməyə başlayıb. Rusiya mediası İrəvandakı arxiv materiallarına istinad edərək onun faşistlərlə sıx əməkdşalığını əks etdirən arxiv sənədlərini ortaya çıxarıblar.

Ermənilər Njdenin guya faşistlərlə birbaşa əməkdaşlığının olmadığını desələr də, Ermənistan arxivlərində olan sənədlər onun Hitlerlə əməkdaşlığını sübut edib.

ONN media   Njdenin Ermənistan arxivlərində olan sənədləri təqdim edir:

NJDE VƏ HİTLER: təfərrüatlar (sənədlər toplusundan: Vaçe Hovsepyan. Qaregin Njde və DTK: kəşfiyyatçının xatirələri. Yerevan, 2007)

[Berlin, oktyabr 1942:]

"Sonda mən soruşdum ki, biz ermənilər bu müharibədə Almaniyaya necə kömək edə bilərik? Mən təklif etdim ki, Berlində ermənilər üçün məktəb açaq, biz onların məzunlarını ayırd edək ki, almanlar onları hazırlayıb öz mülahizələrinə uyğun istifadə etsinlər.

Bu təklifə əsasən mənə tapşırıldı ki, Bolqarıstandakı 30-a yaxın qrupdan ibarət ermənini seçib Berlinə göndərim. Orada onlar alman qoşunları Almaniyanın sərhədlərinə yaxınlaşanda təxribat və başqa məqsədlər üçün Sovet Ermənistanına göndərilmək üçün hazırlanacaqlar. Onlar Ermənistanı bolşevik qoşunlarından tezliklə azad etməkdə almanlara daxildən köməklik göstərəcəklər".

Dindirmə protokolu 17 oktyabr 1944-cü il:

- Təmsil etdiyiniz erməni qrupu Almaniyada hansı təlimlərdən keçib?

- Bu qrup hərbi döyüş hazırlığı və sonda təxribat işlərindən keçdi. Hazırlıq təxminən 8 ay çəkdi.

- Deməli, bu dəstə diversant kimi hazırlanıb?

- Bütün bu dəstə almanların xeyrinə diversant kimi hazırlanmışdı (səh. 155).

İttiham. Ter-Arutyunyan Qaregin Yegişeviçin (Njde) ittihamı ilə 111 278 saylı istintaq işi üzrə.

“1943-cü ilin avqustunda Ter-Arutyunyan GE [Njde] Krıma gəldi, yuxarıda adı çəkilən kəşfiyyatçı-diversiyaçılara almanların tapşırıqlarını yerinə yetirmək üçün müraciətlə danışdı (II cild, işin vərəqləri № 309, 310). )” (səh. 83)

“İkinci Dünya Müharibəsi illərində Sovet ordusunun hissələrinə qarşı silahlı mübarizə aparmaq üçün alman kəşfiyyat orqanları ilə əlaqə yaratdı. O, alman kəşfiyyat və əks-kəşfiyyat orqanlarının tapşırıqlarını yerinə yetirmək üçün adamların cəlb edilməsi və hazırlanması ilə məşğul olmuş, 1942-ci ildə Berlində yaradılmış “Erməni Milli Şurası”nın üzvü olmuşdur (S. 84)".

İndi Rusiya arxivlərindən sənədlər məlum oldu və aşağıda dərc olunur (onlara fotoşəkildə baxın). Onlardan belə çıxır ki, o, Böyük Vətən Müharibəsi illərində SSRİ-yə qarşı müharibədə nasist kəşfiyyatı ilə əməkdaşlıq etmək ittihamı ilə məhkum edilib. 

Njdenin faşist Almaniyası ilə sıx əməkdaşlıqda olması faktı məhkəmə sənədlərində əksini tapıb və xəyanətkar əməllərinə görə də həbs edilib.(ölkə.az)

Geri qayıt