Peruda təyyarə qəzası: 7 nəfər öldü

Peruda təyyarə qəzası: 7 nəfər öldü

Peruda Naska yamacında kiçikhəcmli təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

ONN media xəbər verir ki, bu barədə “El Comercio” qəzeti məlumat yayıb.

Məlumata görə, göyərtədə 5 turist və 2 pilot olub. Sərnişinlər ABŞ, Çili və Niderland vətəndaşlarıdır.

Qəzanın səbəbi məlum deyil.

Geri qayıt