Azərbaycanlı icra başçısına 7 il 6 ay həbs

Dağıstanın Dərbənd rayonunun keçmiş başçısı Məhəmməd Cəlilov 7 il 6 ay azadlıqdan məhrum edilib.
Bu barədə Moskva şəhər Preobrajenski rayon məhkəməsi qərar çıxarıb.
O, israfçılıqda və torpaq sahələrini mənimsəməkdə ittiham olunur. Bundan əlavə, Cəlilov 8.6 milyon rubl (təxminən 192 min manat) cərimə olunub.
Onunla cinayətdə iştirak edən Akif Balaxanova isə 3 il şərti cəza verilib.