3 audit şirkətinin fəaliyyəti dayandırıldı

3 audit şirkətinin fəaliyyəti dayandırıldı

Auditorlar Palatası üzvlük haqqını ödəmədiyinə görə 3 auditor təşkilatının fəaliyyətini dayandırıb.

Bunlar “ASON Audit”, “EON Audit” və "PREMİUM Audit" MMC-lərdir.

"Auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sistemdə şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması ilə əlaqədar audit sifarişçilərinin mənafelərinin qorunması məqsədilə onların risk qrupunda olmaları nəzərinizə çatdırılır", - deyə Palata bəyan edib.

Geri qayıt