İntihar hadisəsi ilə bağlı cinayət işi açıldı

İntihar hadisəsi ilə bağlı cinayət işi açıldı

Astarada ağacdan özünü asan şəxslə bağlı cinayət işi açılıb.

ONN media bildirir ki, bu barədə Publika.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

15.02.2022-ci il tarixdə Astara rayon Toradi kənd sakini Sovqatov Zaur Məhərrəm oğlunun rayonun Taxtanakəran kəndində yolun kənarında dik yamacda yerləşən vələs ağacından asılmış vəziyyətdə meyiti aşkar edilmişdir. Faktla bağlı CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə bütün halların araşdırılması məqsədilə istintaq hərəkətləri həyata keçirilir.

Geri qayıt