Şəmkirdə tikintisi başa çatmayan ev yandı

Şəmkirdə tikintisi başa çatmayan ev yandı

Şəmkir rayonunun Şiştəpə kəndində ümumi sahəsi 320 m² olan kürsülü, tikintisi başa çatmayan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 25 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt