Bakının mərkəzində KÜTLƏVİ DAVA - Ölənlər var - YENİLƏNDİ

Ötən gecə Bakı şəhər Nərimanov rayonu Təbriz küçəsində bir qrup şəxs arasında kütləvi dava dalaş olub.
Təbriz küçəsi 16 ünvanının qarşısında baş verən dava zamanı 1990-cı il təvəllüdlü Bayramov Şahin Ələkbər oğlu və 1992-ci ildə anadan olmuş Əlirzayev Fərid Adil oğlu bıçaqlanaraq öldürülüb.
Hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3 və 120.2.7-ci maddələri ilə iş açılıb. Araşdırmalar aparılır.
xxx
01:21
Bakıda qətl hadisəsi baş verib.
Hadisə Nərimanov rayonunda qeydə alınıb. Təbriz küçəsində kütləvi dava zamanı 1993-cü il təvəllüdlü Alirzayev Fərid Adil oğlu ürəyindən bıçaqlanan qətlə yetirilib.
Hadisənin təfərrüatı Nərimanov rayon Prokurorluğunda araşdırılır.