Tır və yük maşınlarına İstanbula girişə qadağa qoyuldu

Tır və yük maşınlarına İstanbula girişə qadağa qoyuldu

Türkiyənin İstanbul şəhərinə güclü qar yağmağa başlayıb.

İstanbul valisi Əli Yerlikaya güclü qarla əlaqədar şəhərə TIR və yük maşınlarının girişinə qadağa qoyulduğunu bildirib.

“İkinci xəbərdarlığa qədər Trakya və Anadolu istiqamətlərindən İstanbula gələn TIR və yük maşınlarının girişinə martın 10-u saat 04:00-dan icazə verilmir”, - deyə o “Twitter” hesabında yazıb.

Xatırladaq ki, dünən İstanbul sakinlərinə hava şəraiti ilə əlaqədar tədbirli davranmaları barədə xəbərdarlıq edilib.

Geri qayıt