Ümrə ziyarətinə gedənlər üçün tələblərdən biri ləğv olundu

Ümrə ziyarətinə gedənlər üçün tələblərdən biri ləğv olundu

Sabah Azərbaycandan növbəti qrup Ümrə ziyarətinə yola düşür. 

ONN media xəbər verir ki, bu barədə Yenisabah.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, qrupa 32 nəfər zəvvar daxildir.

Zəvvarların martın 26-da geri dönmələri nəzərdə tutulur.

QMİ-dən bildirilib ki, Ümrə ziyarəti üçün əvvəl tələb edilən COVID-19 PCR testi artıq tələb edilmir, lakin COVID-19 pasportu ilə bağlı tələb qüvvədə qalır.

Geri qayıt