Göyçayda fərdi evdə yanğın: xəsarət alan var

Göyçayda fərdi evdə yanğın: xəsarət alan var

Göyçay rayonunun Mirzəhüseynli kəndində ümumi sahəsi 130 m² olan kürsülü, iki aynabənddən ibarət birmərtəbəli evin yanar konstruksiyaları 114 m² sahədə yanıb.

ONN media bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt