Paşinyan: "Ermənistan ölkədir, tövlə yox..."

Paşinyan: "Ermənistan ölkədir, tövlə yox..."

"Biz qurbanlıq quzu deyilik ki, necə  və hansı sayda kəsiləcəyimizi müxtəlif yerlərdə onlar qərar versinlər. Biz elə bir yol açırıq ki, xalqımızı “qurbanlıq quzu” statusundan çıxaraq". 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentin iclasında Qarabağ ətrafındakı vəziyyətlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, müharibəyə başlamaq qərarı İrəvanda verilməyib.

“Müharibə olub-olmayacağına qərar verməmişik. Biz heç nə qərar vermədik. Bu gün mən bəyan edirəm ki, Ermənistan suveren ölkədir və biz nəyisə özümüz həll etmək hüququnu qaytarmalıyıq. Çünki biz ölkəyik, tövlə yox. Biz vətəndaşıq, daha qurbanlıq quzu yox, necə  və hansı sayda kəsiləcəyimizi müxtəlif yerlərdə onlar qərar versinlər. Gələcək nəsillərin bu statusda qalmasına imkan verməyəcəyəm”, - Paşinyan bildirib.

Geri qayıt