İstanbulda partlayış olub

İstanbulda partlayış olub

İstanbulda Qaziosmanpaşa rayonunda Türkiyə Gənclik Vəqfinin binası qarşısında partlayış baş verib.

ONN media xəbər verir ki, hadisə səhər yerli vaxtla 05:30-da baş verib.

İstanbul valiliyinin verdiyi xəbərə görə, Gənclik Vəqfinin (TÜGVA) Qaziosmanpaşa nümayəndəliyinə səhər saatlarında bombalı hücum olub. Hadisə zamanı ölən və yaralanan olmasa da, binaya maddi ziyan dəyib.

Bölgəyə çoxlu sayda polis və bomba zərərsizləşdirmə qrupları sövq edilib. Hadisə yerində araşdırma aparan qruplar partlayışın kustar üsulla hazırlanmış bomba tərəfindən törədildiyini təyin edib.

“Star” qəzetinin  xəbərinə görə, hüquq-mühafizə orqanları kamera görüntülərini araşdırdıqdan sonra səhər tezdən naməlum qadının Gənclik Fondunun binasının girişinə gələrək əldəqayırma partlayıcılar qoyub getdiyini müəyyən edib. Polis şübhəlinin tutulması üçün əməliyyata başlayıb. Hücumu həyata keçirən qadın terrorçu hər yerdə axtarılır. 

Geri qayıt