58-ci gün: Rusiyanın Ukraynadakı itkiləri AÇIQLANDI

Rusiya Silahlı Qüvvələrinin 24 fevraldan indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 21 200-ə yaxın hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 838 ədəd tankı, 2162 ədəd zirehli döyüş maşını, 397 ədəd artilleriya sistemi, 138 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 176 ədəd hərbi təyyarəsi, 1523 ədəd helikopteri, 1 508 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 172 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.