Bitkoin son 16 ayın ən aşağı səviyyəsinə endi

Bitkoin son 16 ayın ən aşağı səviyyəsinə endi

Bitkoin cümə axşamı günü son 16 ayın ən aşağı səviyyəsinə enib.

Dünyanın ən böyük kriptovalyutası 26,970 min dollara kimi ucuzlaşaraq 2020-ci il dekabrın 28-dən bəri ən aşağı həddə çatıb. Son səkkiz seansda bitkoin dəyərinin üçdə birini, yəni 13 min dollar itirib.

Treyderlər deyirlərin fikrincə, bu həftə Nasdaq 6,4% dəyər itirib və bu da kriptovalyutalara təsir edib.

Digər bir amil kimi isə bir vaxtlar dünyanın üçüncü ən böyük stabilkoini olan "TerraUSD"-nin çöküşü olub.

Dünyanın ikinci ən böyük kriptovalyutası olan "Ether" isə cümə axşamı günü 10%-dən çox dəyər itirərək 1,833 dollara qədər gerilədi ki, bu da 2021-ci ilin iyulundan bəri ən aşağı səviyyədir.

Qeyd edək ki, bitkoin 2021-ci ildə yüksələrək tarixi maksimumuna ən yüksək həddi olan 69 min dollara çatmışdı.

Geri qayıt