Türkiyə səfirliyinin binasına bomba atıldı
Fransanın paytaxtı Parisdə Türkiyə səfirliyinin binasına əldəqayırma partlayıcı predmet atılıb.
Hadisə nəticəsində səfirlik binasına zərər dəyib.
Polis ərazini mühasirəyə alıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində axtarışlara başlanılıb.
