Azərbaycanda futbol klubu isti suya görə cəza aldı

Azərbaycanda futbol klubu isti suya görə cəza aldı

AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Amin Seydiyevi cəzalandırıb.

Buna 24 yaşlı müdafiəçinin evdə evdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVII tur matçında qırmızı vərəqə alması səbəb olub. futbolçuların intizamsızlığı səbəb olub.

Rəqibi aşkar qol imkanından məhrum etdiyinə meydandan qovulan Azərbaycan millisinin üzvü 1 oyunluq diskvalifikasiya olunub, komandasını isə 200 manat ziyana salıb.

Bundan başqa, "Sabah"ın 5, "Sumqayıt"ın isə 7 futbolçusu sarı vərəqə aldığı üçün klublar hərəyə 800 manat cərimə ödyəcək.

Həmçinin, qarşılaşmada hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün meydan sahiblərinə xəbərdarlıq edilib.

Bu turun "Şamaxı" - "Qəbələ" matçında isə "qırmızı-qaralar"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.

Geri qayıt