Azərbaycan millisinə 15 futbolçu çağırılıb
UEFA Millətlər Liqasında keçirəcəyi ilk 4 matç üçün Azərbaycan yığmasının təlim-məşq toplanışa dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.
ONN media xəbər verir ki, baş məşqçi Canni De Byazi mayın 29-da başlayacaq hazırlıq prosesinə 15 oyunçu çağırıb.
Toplanışın növbəti mərhələsində iştirak edəcək heyətlə bağlı əlavə məlumat veriləcək.
| N. | AD / SOYAD | KLUB |
| 1 | Səlahət Ağayev | Sabah |
| 2 | Emil Balayev | Turan (Qazaxıstan) |
| 3 | Rəşad Əzizli | Səbail |
| 4 | Höccət Haqqverdi | Sumqayıt |
| 5 | Anton Krivotsyuk | Visla (Plotsk, Polşa) |
| 6 | Azər Salahlı | Neftçi |
| 7 | Bəxtiyar Həsənalızadə | Sabah |
| 8 | Eddi İstafilov | Neftçi |
| 9 | Emin Mahmudov | Neftçi |
| 10 | Aleksey İsayev | Sabah |
| 11 | Anatoli Nuriyev | Sumqayıt |
| 12 | Dmitri Nazarov | Erzgebirge Aue (Almaniya) |
| 13 | Namik Ələskərov | Bursaspor (Türkiyə) |
| 14 | Renat Dadaşov | Tondela (Portuqaliya) |
| 15 | Mahir Emreli | Dinamo (Zaqreb, Xorvatiya) |
Dmitri Nazarov və Renat Dadaşov komandaya mayın 25-dən sonra qoşulacaq.
Qeyd edək ki, iyunun 3-də, 6-da, 10-da və 13-də keçiriləcək görüşlərə hazırlıq prosesi mayın 27-dək davam edəcək.
