Rubl 3 qəpik oldu

Bu gün Rusiya rublunun Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,03 manatı keçib.
Rəsmi məzənnə 0,0307 manat müəyyən olunub.
Bu, ötən günün rəsmi məzənnəsi ilə müqayisədə 5,1% artım deməkdir.
Belə ki, bir öncəki iş günündə (24.05.2022) rus rublunun rəsmi məzənnəsi 0,0292 manat təşkil edib.
May ayının əvvəli ilə müqayisədə isə rubl manat qarşısında 31,2% dəyər qazanıb.
Qeyd edək ki, sonuncu dəfə 2018-ci ilin martın 6-da rublun məzənnəsi 0,0301 manat həddində olub.