Nazirliyin qurumu 2 milyon manatlıq avtomobillər alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən edilmiş şəxslər üçün minik avtomobillərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “Azərmaş” MMC olub.
Qalib şirkətlə 1 999,998 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.