Qırğızıstan-Tacikistan sərhəddində atışma olub
Qırğızıstanla Tacikistan sərhədindəki atışma nəticəsində qırğızların iki hərbçisi yaralanıb.
ONN media xəbər verir ki, məlumatı Qırğız Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.
Məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır, o birinin səhhəti orta ağır kimi qiymətləndirilir.
