Zod qızıl yatağının neçə faizi Azərbaycandadır?-RƏSMİ

Zod qızıl yatağının neçə faizi Azərbaycandadır?-RƏSMİ

Kəlbəcərin Zod qızıl yatağının 76 faizi Azərbaycanda, 24 faizi isə Ermənistan ərazisindədir.

ONN media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O qeyd edib ki, yatağın ilkin qiymətləndirilmiş resurs ehtiyatı 112 ton qızıl olub:

“Yəqin ki, gələcəkdə ehtiyaların yenidən qiymətləndirilməsi mümkündür. İşğal dövründə yataq ciddi istismar edilib”.

Geri qayıt