Afinada güclü yanğın olub- Sakinlər təxliyyə edildi

Yunanıstanın paytaxtı Afinanın cənubunda baş verən yanğınla əlaqədar bəzi rayonların əhalisi təxliyə edilib.
ONN media xəbər verir ki, bu barədə Yunanıstan Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, Ano Qlifada rayonunda baş verən yanğın ətraf rayonlara da yayılıb.
Yanğının səbəblərini araşdırmaq üçün xüsusi qrup ayrılıb.
Havadan və yerdən davam edən yanğınsöndürmə işləri güclü külək səbəbindən çətin şəraitdə davam edir.