Bakıda inanılmaz qiymətə mənzil satılır

Bakıda inanılmaz qiymətə mənzil satılır

Səbail rayonunda 33 mərtəbəli "Port Baku Residence” yaşayış kompleksində 8 otaqlı mənzil 5 milyon manata satışa çıxarılıb.

ONN media xəbər verir ki, bu barədə “Bina.az” saytında elan paylaşılıb.

16-cı mərtəbədə yerləşən 1050 m²-lik mənzilin bir kvadrat metri 4760 manatdır.

Qeyd edək ki, mənzillə bərabər 3 maşınlıq yeraltı dayanacaq da qiymətə daxildir.

Geri qayıt