Bakı məktəblərində müəllimlərin maaşları açıqlandı

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əmək haqqının məbləği açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ONN media-ya bildirilib ki, 2021-2022-ci tədris ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 778 manat təşkil edib.