Ərdoğan EFES-2022 təlimlərini izləyəcək

Ərdoğan EFES-2022 təlimlərini izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq hərbi təlimlərinin İzmirdə keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”nün iyunun 9-da olacaq hissəsində prosesi izləyəcək.

ONN media xəbər verir ki, məlumatı “Efes-2022” təlimlərinin mətbuat mərkəzi yayıb.

Türkiyənin dövlət başçısının Azərbaycanın da iştirakı ilə keçirilən təlimlər çərçivəsində nitq söyləyəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, təlimlər sabah başa çatacaq.

Geri qayıt