Pekin öz hədəfini bəyan etdi

Pekin öz hədəfini bəyan etdi

Çinin müdafiə naziri Vey Fenxe ilə ABŞ müdafiə naziri Lloyd Austin Sinqapurda keçirilən “Şangri-La Dialoq” adlı təhlükəsizlik zirvəsində görüşüb.

ONN media xəbər verir ki, tərəflər Tayvan məsələsini müzakirə ediblər.

Çinin müdafiə naziri amerikalı həmkarına Tayvanla bağlı xəbərdarlıq edib.

“Tayvan müstəqilliyini elan edərsə, Çin tərəddüd etmədən müharibəyə başlayacaq. Bununla bağlı ən kiçik addım belə müharibəyə səbəb olacaq”, - Vey deyib.

ABŞ müdafiə naziri isə cavabında Tayvanı müdafiə edib və qeyd edib ki, mövcud status-kvonun dəyişməsinə icazə verməyəcəklər. Austin Çini Tayvana qarşı addımlardan çəkinməyə çağırıb

Geri qayıt