Türkiyə Suriyadakı yeni əməliyyatın anonsunu verdi

Türkiyə Suriyadakı yeni əməliyyatın anonsunu verdi

Türkiyə Suriyada hərbi əməliyyata Qurban bayramından dərhal sonra başlayacaq”.

ONN media xəbər verir ki, bu barədə “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi danışıb. O hesab edir ki, Türkiyənin Suriyanın şimalında gözlənilən əməliyyatı Qurban bayramından sonra (9 iyul – təqribən) başlayacaq.

Qeyd edək ki, Abdulkadir Selvi Ərdoğana yaxın jurnalistlərdən biridir və o, həm də birbaşa prezident administrasiyasından mühüm məlumatları alır.

Jurnalist Suriyanın şimalında Pençe-Kilit əməliyyatının uğurla başa çatmasının vacibliyini də vurğulayır.

Onun sözlərinə görə, Tel-Rifat və Mənbic əməliyyatları üçün planlaşdırılan ordu quruculuğu hələ tam başa çatmayıb. Gələn həftədən etibarən hərbi kontingentin sayında artım gözlənilir.

Təl-Rifat və Mənbicdə əməliyyatlar eyni vaxtda başlayacaq. Amma əvvəlcə “Pençe-Kilit” əməliyyatının tamamlanmasını gözləmək lazımdır.

Geri qayıt