Real Madrid Marselo ilə yollarını ayırdı

Real Madrid Marselo ilə yollarını ayırdı

İspaniyanın "Real Madrid" klubu 15 ildir komandada çıxış edən Marselo Vieira ilə yollarını ayırdı.

ONN media xəbər verir ki, "kral klubu" braziliyalı müdafiəçi ilə müqaviləni uzatmayıb.

Marseloun klubun heyətində ümumilikdə 545 oyuna çıxaraq, 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb.

O, İspaniya çempionatında 6, kubokda 2, Superkubokda 5 uğura sevinib.

Geri qayıt