Məşhur kosmetika fabriki külə döndü

Türkiyənin Diyarbəkr bölgəsində güclü yanğın baş verib.
ONN media xəbər verir ki, yanğın məşhur kosmetika fabrikində baş verib.
“Lila” kosmetika fabrikində baş verən yanğının səbəbi hələ bilinmir. Yanğında ölüm hadisəsi baş verməsə də hər 15 işçidən 5-nin xəstəxanaya yerləşdirildiyi deyilir.
Xəsarət alanların çoxu tüstüdən zəhərlənənlərdir.
Fabrikin 550 işçisi var.