ÇL: Qarabağın rəqibi bəlli oldu

ÇL: Qarabağın rəqibi bəlli oldu

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

ONN media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda I təsnifat mərhələsində Polşa "Lex"ini keçəcəyi təqdirdə növbəti raundda İsveçrə “Sürix”i ilə görüşəcək.

Püşkə əsasən, Azərbaycan çempionu ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.

Geri qayıt