Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı

Rusiyanın Belqorod vilayətində Su-25 hücum təyyarəsi qəzaya uğrayıb.
ONN media xəbər verir ki, bu barədə Qərb Hərb Dairəsindən məlumat yayılıb.
"İyunun 17-də Su-25 təyyarəsi planlaşdırılmış təlim uçuşu zamanı Belqorod vilayətində qəzaya uğrayıb", - məlumatda qeyd olunub.
Hadisə Koroçanski rayonunda baş verib. İlkin məlumata görə, təyyarə elektrik naqillərinə dəyib və yerə çırpılıb.
Pilot katapult edə bilib.