İranın məşhur gölü səhralığa çevrilir

İran hakimiyyətinin biganə siyasəti nəticəsində Güney Azərbaycanın incisi olan Urmu gölünün ərazisi səhralığa çevrilmək üzrədir.
ONN media xəbər verir ki, faktı təsdiqləyən İranın Kənd Təsərrüfatı Nazirliyinin Şərqi Azərbaycan vilayəti üzrə idarəsinin rəisi bölgədə səhralaşmanın getdikcə sürətləndiyinin açıq-aydın müşahidə edildiyini bildirib.
Qeyd edək ki, Qərbi Azərbaycan Regional Su İdarəsinin başçısı Məcid Dəstgahi ötən gün Urmu gölünün səviyyəsinin 54 sm aşağı düşdüyünü, ötən illə müqayisədə sahəsinin 928 kvadrat kilometr azaldığını söyləmişdi.