Bu ölkədən Rusiyaya SƏRT REAKSİYA

Bu ölkədən Rusiyaya SƏRT REAKSİYA

Rusiyaya məxsus "Mi-8" helikopteri hərbi təlimlər zamanı Estoniyaya uçub. Tallin Rusiyanın NATO sammiti ərəfəsində təxribat xarakterli addımından şoka düşüb və Rusiya səfirini məsələyə aydınlıq gətirmək üçün XİN-ə çağırıb.

ONN media xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin nümayəndəsi Kusti Salm bildirib.

Qeyd olunur ki, insident mayın 18-də axşam saatlarında Estoniya-Rusiya sərhəddində, Pskov şəhəri yaxınlığında baş verib. Ölkənin hava məkanının bir neçə dəfə pozulması halları qeydə alınıb.

"Bu, təhlükənin şəklidir. Gördüyümüz kimi, Rusiya təhlükəsi. Heç vaxt indiki qədər ciddi olmayıb", - Salm deyib.

Bu insidentlə bağlı Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirini məsələyə aydınlıq gətirmək üçün çağırıb. 

Ölkənin Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Rusiya hərbi təlimlər zamanı NATO-nun üzvü olan Estoniya ərazisinə raket zərbələri endirmək üçün simulyasiya edir

Geri qayıt