Türkiyə və Ukrayna arasında BÖYÜK RAZILAŞMA
Taxıl dəhlizi (Ukrayna limanlarından taxıl ixracı – red.) ilə bağlı İstanbulda yaradılacaq hərəkat mərkəzi ilə bu fəaliyyətin təhlükəsiz şəkildə aparılacağına dair fikir birliyi var.
ONN media xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar britaniyalı həmkarı Ben Uolleslə görüşü zamanı deyib.
“Ölkəmizə etibar edildiyini rahatlıqla deyə bilərəm. Tərəflərin bizə ciddi güvəni var. Taxıl yüklü gəmilərin limanlardan təhlükəsiz şəkildə çıxarılmasına çalışırıq”, - deyə nazir bildirib.
