Cüneyt Arkın vəfat etdi
Türkiyəli aktyor Cüneyt Arkın 85 yaşında vəfat edib.
ONN media xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Ötən gecə səhhəti pisləşən məşhur aktyor xəstəxanaya çatdırılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
C.Arkın xəstəxanada dünyasını dəyişib.
