Türkiyə və Ermənistan arasında növbəti görüş keçiriləcək

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında növbəti görüş iyulun 1-də Vyanada keçiriləcək.
ONN media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Türkiyə-Ermənistan normallaşma prosesində Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş iyulun 1-də Vyanada olacaq”, - rəsmi açıqlamada deyilir.
Qeyd edək ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç ilə Ruben Rubinyan arasında sonuncu görüş fevralın 24-də Avstriyanın paytaxtı Vyanada baş tutub. Bundan əvvəl ilk görüş Moskvada keçirilib.