Gəncədə güclü külək fəsad törətdi

Gəncədə güclü külək fəsad törətdi

Gəncədə küləkli hava şəraiti nəticəsində iri gövdəli ağac avtomobilin üzərinə aşıb.

ONN media xəbər verir ki, şəhərdə əsən külək nəticəsində Yeni Gəncə qəsəbəsində iri gövdəli ağac VAZ-2106 markalı avtomobilin üzərinə aşıb.

Nəticədə minik avtomobilinə ciddi zərər dəyib. Ağacın aşması nəticəsində həmçinin yaxınlıqda olan idman zalının şüşələri sınıb.

Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.

Geri qayıt