Qalatasaray bu transferdən niyə imtina etdi?

Türkiyənin “Qalatasaray” klubu “Lion”un almaniyalı müdafiəçisi Jerom Boatenqin transferindən imtina edib.
ONN media xəbər verir ki, Fransa klubu cari transfer pəncərəsində futbolçu ilə ayrılmaq niyyətindədir.
“Lion” almaniyalı futbolçunu “Qalatasaray”a təklif edib. Lakin İstanbul klubu müdafiəçinin transferindən onun sürət göstəricilərinə görə imtina edib.