Əgər Putin Ukraynada qalib gələrsə nələr baş verəcək?

Putin Ukraynada qalib gəlsə, bundan sonra nə olacaq?
ONN media xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb. Nəşrin bildirdiyinə görə, Ukrayna münaqişəsində qalib gəldikdən sonra Rusiya liderinin qarşısında üç seçim olacaq
Məqalə müəllifinin fikrincə, Putin ya yeni hərbi kampaniyaya başlayacaq, ya BMT-yə alternativ yaradacaq, ya da öz irsini vətənində möhkəmləndirməyə çalışacaq.
Yeni hərbi kampaniya dedikdə, Qazaxıstanın cənub-şərqində əməliyyatlar nəzərdə tutulur.
Onlar hesab edir ki, Putin, ümumiyyətlə, pozitiv əhval-ruhiyyədə görünür. Bunu onun iyunun 9-da rusiyalı gənc sahibkarlar və elm adamları ilə görüşündə göstərdiyi özünəinamlı və enerjili, hətta haradasa cəsarətli davranışından da görmək olar.
Hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20%-nə nəzarət edir, baxmayaraq ki, əməliyyat başlamazdan əvvəl yalnız 7,2%-i onun nəzarətində idi.
“Levada” Mərkəzinin sorğusuna əsasən, Rusiya liderinin reytinqi 83% təşkil edir və bu, 2017-ci ilin iyulundan bəri ən yüksək göstəricidir.
Ölkənin milli valyutası olan rubl 2020-ci ilin fevralından bəri daha güclüdür.