Ermənistan ordusunda yeni təyinat olub

Ermənistan Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub.
ONN media xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinə yeni baş qərargah rəisi vəzifəsini Edvard Asryan icra edəcək.
Qeyd olunur ki, Ermənistan Prezidenti Vaqan Xaçaturyan bu barədə fərman imzalayıb.
Sənəddə onun 5 il müddətinə bu vəzifəni icra edəcəyi göstərilir