ABŞ-dan Rusiya ilə bağlı sərt etiraz

"Rusiyanın Ukraynaya qarşı müharibəsi bütün dünyada mənfi nəticələrə səbəb olur və buna görə də Rusiya rəsmilərinin G20 maliyyə nazirlərinin görüşündə yeri yoxdur
ONN media xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen İndoneziyada maliyyə nazirlərinin görüşü ərəfəsində deyib .
O, dünya ictimaiyyətini müharibəyə və onun enerji qiymətlərinə dramatik təsiri və artan ərzaq təhlükəsizliyinə görə Rusiyanı məsuliyyətə cəlb etməyə çağırıb.
Yellen, aprel ayında Vaşinqtonda keçirilən sonuncu belə görüşdə o və digər Qərb liderlərinin etdiyi kimi, Rusiya rəsmilərinin danışdığı zaman zalı tərk edib-etməyəcəyi ilə bağlı suala cavab verməyib, lakin Rusiyanın Ukraynaya təcavüzünü ən sərt şəkildə pisləyəcəyini söyləyib:
"Düşünürəm ki, Rusiyanın bu görüşlərdə iştirakının normal bir şey ola bilməyəcəyini açıq şəkildə ifadə etdim, - Yellen suala belə cavab verib.
ABŞ-ın maliyyə naziri ukraynalı həmkarı ilə görüşü səbirsizliklə gözlədiyini vurğulayıb