Ukraynada Rusiya ilə bağlı QADAĞA

Ukrayna rus dilindən istifadə edən şəxsləri cərimələməyə başlayacaq.
ONN media xəbər verir ki, bu barədə dövlət dilinin müdafiəsi üzrə komissarı Taras Kremen məlumat verib.
“Cərimə 3400-8500 qrivna arasında dəyişir. Təkrar qayda pozan şəxslərə isə 8500-dən 11900 qrivnaya qədər cərimə tətbiq olunacaq. Bundan sonra ölkə vətəndaşları ictimai həyatın bütün sahələrində Ukrayna dilindən istifadə etməlidirlər”, - Kremen bildirib.