Məşhur futbolçu yeni kluba transfer oldu

Ötən mövsümün sonunda İtaliya "Yuventus"undan ayrılan Paulo Dibala "Roma"ya keçib.
ONN media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Argentinalı hücumçu "canavarlar"la 3 illik müqavilə imzalayıb.
29 yaşlı forvard yeni komandasında 21 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən "Yuventus"un şərəfini qoruyurdu.