Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Balıkesir vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.
ONN media xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla 18:44-də baş verən yeraltı təkanlar İstanbul da daxil olmaqla bir çox vilayətdə hiss olunub.
Zəlzələnin episentri Balıkesirin Gönən rayonudur.