Şuşanın turizm sektoruna təsiri necə olub?
Bu ilin I yarısında Şuşadakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə 9,2 min gecələmə qeydə alınıb.
ONN media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ümumi gecələmələrin 0,9%-i deməkdir.
Bundan başqa, 6 ayda Şuşadakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi 17,1% təşkil edib. Bu isə ölkə üzrə orta göstəricidən 4,7 faiz çoxdur
