Bu villa sahibləri prezidentin göstərişini niyə heçə sayır?

Bu villa sahibləri prezidentin göstərişini niyə heçə sayır?

Prezident İlham Əliyevin göstərişi ilə sahilboyu zəbt olunan ərazilərdəki qanunsuz tikililər sökülür.

ONN media xəbər verir ki, Buzovnada söküntü işləri davam edir, ancaq digər sahilyanı ərazilər üçün bunu demək mümkün deyil.

Türkan sahilində yerləşən villalardan birinin hasarı olmasa da, dənizin içinə qədər uzanan estakadaya sahibdir.

Baku TV əməkdaşları vəziyyəti aydınlaşdırmaq üçün əraziyə yollanıblar.

Çəkilişin getdiyini görən ərazidəki şəxslərdən biri əməkdaşlara telefonla yaxınlaşıb, daha sonra çəkilişi dayandırmaq üçün rüşvət təklif edib.

Geri qayıt