İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ

İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetlərinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Bu barədə ONN media-ya Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem vasitəsilə, öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.

Geri qayıt