AMEA-da keçirilən təcili iclasda nə müzakirə olunub?

AMEA-da keçirilən təcili iclasda nə müzakirə olunub?

Bugünkü iclasda AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib.

ONN media xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, bugünkü iclas daha çox idarəetmənin yenidən qurulması, təkminləşdirilməsi, müasirləşməsi, ölkə reallığına uyğunlaşdırılması və dünya təcrübəsinə inteqrasiyası ilə bağlı olub:

“Bu formatda idarə olunacaq elmin gələcəkdə hansı nəticəni verəcəyi proseslərin qurulmasından və ailmlərin təşəbbüsləri dəyərləndirməyindən və zəhmətindən asılıdır. Bugünkü iclasda isə AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib”.

Geri qayıt