Gürcüstanda helikopter qəzası olub

Gürcüstanın Qudauri dağ kurortu ərazisində Sərhəd Polisinə məxsus helikopter idarəetməni itirərək qəzaya uğrayıb.
ONN media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nzirliyindən (DİN) bildirilib.
İlkin məlumatlara əsasən, helikopterdə 5 nəfər - iki pilot və üç xilasedici olub.
Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.
DİN daha ətraflı məlumat yayacaq.
Qeyd edək ki, helikopter Qudauriyə paraplanın qəzaya uğraması nəticəsində xəsarət alanların xilas edilməsi üçün yollanıb.