Türkiyədə yenidən meşə yanğını başladı

Türkiyənin Marmaris şəhərində güclü yanğın baş verib.
ONN media xəbər verir ki, hadisə yerindən Türkiyədə istirahət edən rusiyalı turist videogörüntülər lentə alıb.
Kadrlarda qalın boz tüstünün ağacların və binaların üstündən necə qalxdığı görünür. Turistin sözlərinə görə, yanğın İçmələr kəndində baş verib.
“A Haber” telekanalının məlumatına görə, kurort şəhərində meşədə baş verən yanğın otellərdən birinə keçib.
"Külək səbəbindən yanğın sürətlə binaya keçib. Yanğının söndürülməsində rayon meşə təsərrüfatı idarəsinə məxsus helikopterlər də iştirak edir" , - telekanal xəbər verir.
Eyni zamanda yanğınsöndürənlərin yanğının söndürülməsi üçün böyük səy göstərdiyi vurğulanır. İşə tikinti texnikası da cəlb olunub